AZ

Qızı niyə Yaşar Nurinin məzarını ziyarət etmir? – Bir gecədə saçları ağaran Xalq artisti

Ona ən çox məşhurluq gətirən televiziya tamaşası “Səni axtarıram” olub. Firəngiz Mütəllimova ilə bir yerdə oynayıblar və deyilənə görə, bundan sonra aralarında sevgi münasibəti yaranıb.

Qızı Kulis.az a müsahibəsində atasının Firəngiz xanımla münasibətinə bu cür reaksiya verib:

“Əgər onların arasında məhəbbət olubsa, yaxud atamın Firəngiz xanıma qarşı hisləri olubsa, bu gözəldir”.Aktyorun həyat yoldaşı Rəhimə xanım isə deyir: “Firəngizlə olan söhbətlər yalan idi. Ola bilərdi ki, Yaşar Firəngizi sevsin. Mən hiss edirdim ki, Yaşar ona meyil edir. “Səni axtarıram” tamaşası çəkiləndə də bir çox məsələlərdə dərinə getmirdim. İndinin özündə də sizə o vaxtlar keçirdiyim hissin adını açıqlaya bilmirəm. Amma qadınam da, müəyyən mənada Yaşarın Firəngizə olan hisslərini duyurdum. Bir-iki dəfə özünə bu haqda deyəndə, Yaşar dedi ki, biz dostuq. Mən də ona demişdim, bəxtin onda gətirib ki, sən ona qarşı biganə deyilsən, amma o sənə qarşı biganədir. Bəlkə də, Firəngizin Yaşara qarşı güclü məhəbbəti olsaydı, evlənərdilər. Amma Firəngiz mənə, dost olduğu insana qarşı heç vaxt elə hərəkət etməzdi. Həm də həmin dövrdə onun da öz daxili aləmi, şəxsi həyatı vardı. Sadəcə olaraq o tamaşadakı rolları ifa edəndən sonra qarşı tərəfdən birinin sevməməsi mümkünsüz idi. Onlar elə ifa edirdilər ki, buna inanmamaq olmurdu. Amma mən Firəngizdən arxayın idim. Başqa qadınlarla bağlı nəsə eşidəndə də mənə toxunmurdu. Yaşarın sənətkarlığı qarşısında qadın söhbətləri mənim üçün cılız məsələlər idi”.

Firəngiz xanım bir dəfə Yaşarın xanımına demişdi ki, iki qızın var, ver birini mən saxlayım. Çox qəribədir, Yaşarın yoldaşı bundan sonra da evliliklərində problem yaratmamışdı.

Ən böyük arzusu kuklaların əhatəsində Məşədi İbad obrazını oynamaq olub. Bu tamaşa Kukla teatrında hazırlanır. Əgər səhhəti imkan versəydi, həmin tamaşa festivallarda yüksək uğur qazana bilərdi. Amma təəssüf ki, cəmi üç dəfə Kukla Teatrının səhnəsində çıxış edə bilir. Elə sonuncu tamaşada qızı Ülviyyə dilxor olur. Tamaşa başa çatandan sonra anası ona deyir ki, get, atanla görüş. O, isə yox, getmirəm, mənə elə gəlir ki, bu atamın son çıxışıdır, deyir və ağlayır. Ertəsi gün isə Yaşar Nurinin anidən vəziyyəti pisləşir. Ülviyyə Yaşarın ölümündən üç gün əvvəl də atasına nəsə olacağını hiss etmişdi. Atasının ölümünə son iki gün qalanda o, xəstəxanaya getmir. Dünyasını dəyişəndən sonra isə heç vaxt məzarını ziyarət etmir. Deyir, mən gedib onu daş altında görmək istəmirəm.

Seçilən
29
millitv.net

1Mənbələr