Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə UGİM-in idman zalında “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” nə həsr olunmuş ağırlıqqaldırma üzrə Qobustan rayon turniri keçirilib.
Rekord.az xəbər verir ki, qaliblər Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə mükafatlandırılıblar.