AZ

Son anda dəhşətli terrorun qarşısı ALINDI 

İstanbulda İŞİD-ə qarşı keçirilən əməliyyat çərçivəsində yeni il ərəfəsində terakt törətməyi planlaşdıran 115 şübhəli şəxs saxlanılıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə İstanbul Cümhuriyyət Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, terror təşkilatı fəaliyyətləri çərçivəsində münaqişə bölgələri ilə əlaqələri olduqları müəyyənləşdirilən, eləcə də bir qismi haqqında Türkiyə və beynəlxalq səviyyədə terror cinayətləri ilə bağlı 137 şübhəli şəxs haqqında saxlanılma qərarı çıxarılıb və onların 115 nəfəri saxlanılıb.

Əməliyyat İstanbulda 124 fərqli ünvanda keçirilib və nəticədə çoxlu sayda silah-sursat ələ keçirilib.

Seçilən
36
veteninfo.az

1Mənbələr