AZ

Demokrat senatorlar Trampın 30-a yaxın səfirin geri çağırılması barədə qərarını ləğv etməsini istəyir

Bakı. Trend:

ABŞ-də Demokrat senatorlar prezident Donald Trampın ölkəxaricində olan az qala 30-a yaxın diplomatik missiya rəhbərini geriçağırması barədə qərarını ləğv etməyə çağırıblar.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Senatorlar əmin edirlər ki, belə bir addım ölkənin rəhbərliyində“təhlükəli vakum yaradacaq” və bu vəziyyətdən sui-istifadə edənRusiya və Çinöz nüfuz dairəsini genişləndirə bilər.

Hazırda ABŞ-nin 100-dən çox səfirliyində rəhbər yoxdur, belə ki,həmin diplomatik missiyalara yeni səfir təyin olunmayıb.

Demokratların bu barədə yazdıqları məktubda qeyd olunur ki, yenidiplomatlar seçilənədək Çin, Rusiya və digər ölkələr ABŞ-nin“faktiki olaraq kənarda qoyacağı” xarici liderlərlə müntəzəməlaqələri davam etdirəcək ki, bu da ölkənin rəqiblərinə öztəsirlərini artırmaq, eləcə də ABŞ dövlətinin maraqlarınıməhdudlaşdırmaq, hətta onlara zərər vurmaq imkanı yaradacaq.

Məqalədə:
Seçilən
16
az.trend.az

1Mənbələr