Qaradağ rayonunda baş verən ağır avtobus qəzasında ölənlərin kimliyi məlum olub.
Moderator.az xəbər verir ki, ağır qəza nəticəsində avtobusda olan 2 nəfər hadisə yerində ölüb.
Onlardan biri Bəşirov Taleh Üzeyir oğlu adı kişi, biri isə Cənnət adlı qadındır.
Ölən şəxslər Qaradağ rayonu Çeyildağ qəsəbəsinin sakinləridir.
10:35
Qaradağ rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.
Qaradağ rayonun ərazisində sərnişindaşıma fəaliyyəti göstərən 122 saylı marşurut qəza edib.
Hadisə Bakı-Qazax magstralının Qaradağ rayonu ərazisindən keçən hissəsində baş verib. Qaradağ rayonunun Lökbatan-Çeyildağ-Lökbatan istiqamətində hərəkət edən avtobus Sahil qəsəbəsi ərazisində qəza edib.
İlkin məlumata görə, qəza nəticəsində avtobusda olan sərnişinlərdən iki nəfər ölüb. Bir neçə nəfərin isə yaralandığı bildirilir.