AZ

Azərbaycanda bank sektorunun xarici öhdәliklәri 469 milyon manat artıb

BAKI, 25 dekabr. TELEQRAF

Azərbaycanda 2025-ci ilin noyabr ayında bank sektorunun xarici öhdәliklәri ilin әvvәlinә nәzәrәn 469 mln. manat artaraq 3,054.5 mln. manat tәşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Bildirilib ki, xarici öhdәliklәrdәki qeyd olunan dәyişiklik әsasәn qeyri-rezident banklardan alınmış qısamüddәtli kreditlәrin hәcmindәki artım ilә әlaqәdardır.

Seçilən
51
teleqraf.com

1Mənbələr