AZ

ABŞ bu bölgəyə 4 hərbi yük təyyarəsi göndərdi

ABŞ-ın rəhbərlik etdiyi İŞİD-ə qarşı Beynəlxalq Koalisiya Rojavadakı (Şimal-Şərqi Suriya) hərbi bazalara təchizat çatdırılmasını artırıb.

Publika.az xəbər verir ki, bu barədə "Rudaw" portalı məlumat yayıb.

Bildirilib ki, çatdırılmanın mərkəzi Haseke əyalətinin Rimelan bölgəsindəki Harab əl-Cir Hava Bazası olub.

ABŞ ordusunun bu bazaya 4 yük təyyarəsi ilə hava hücumundan müdafiə sistemləri, raket platformaları, ağır silahlar və sursat daşıdığı bildirilib.

Seçilən
25
publika.az

1Mənbələr