İordaniya Haşimilər Krallığının Vəliəhd Şahzadəsi II Əl-Hüseyn bin Abdullah Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram.
Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm".