Bu gün gecə saatlarında paytaxtın Səbail rayonu, Xəqani küçəsində (Sahil bağının yaxınlığında) avtomobillərdən birində yanğın olub.
Daxili İşlər Nazirliyindən "İki sahil"ə verilən məlumata görə, dərhal ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən yolda təhlükəsizlik təmin edilib və yanğınsöndürənlərin hadisə yerinə manesiz və təhlükəsiz şəkildə yaxınlaşması üçün zəruri şərait yaradılıb. Yanğın qısa müddət ərzində söndürülüb.