AZ

Məzun məlumatlarının işəgötürənlərin rəqəmsal portallarına inteqrasiyasını təmin etməliyik- Bəhruz Əzimov

Bakı. Trend:

Məzunların məlumatlarının işəgötürənlərin rəqəmsal portallarıilə inteqrasiyası vasitəsilə məlumat mübadiləsini təminetməliyik.

Trend xəbərverir ki, bunu bu gün Bakıda keçirilən Təhsil Tələbə KreditiFondunun 4 illik fəaliyyətinə dair hesabat tədbirində fondun idarəheyətinin sədri Bəhruz Əzimov jurnalistlərin suallarınıcavablandırarkən bildirib.

Onun sözlərinə görə, beləliklə, vakansiya imkanlarını servisüzərindən avtomatik və ixtisaslaşdırılmış şəkildə tələbələrin şəxsikabinetlərinə və mobil telefonlarına göndərmək mümkün olar:

"Hazırda bu proses manualdır, amma onu avtomatlaşdırmaq vəplatforma yaratmaq daha effektiv olar".

O həmçinin qeyd edib ki, kreditə müraciət edən və krediti əldəedənlər arasında qadın tələbələrin üstünlük təşkil etməsi açıqşəkildə nəzərə çarpır və tendensiya xanımların orta məktəbdə dahayüksək akademik nəticələr göstərməsi, eləcə də təhsilə dahaməsuliyyətli yanaşması ilə əlaqələndirilir:

"Qızların təhsil prosesində daha aktiv olmasının dərindənaraşdırılması üçün sosial tədqiqatlara ehtiyac var".

Məqalədə:
Seçilən
12
az.trend.az

1Mənbələr