İordaniya Haşimilər Krallığının Vəliəhd Şahzadəsi II Əl-Hüseyn bin Abdullah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Manset.az məktubun mətnini təqdim edir:
"Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram.
Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm".