AZ

"Barselona" axtardığı müdafiəçini TAPDI

İspaniyanın "Barselona" klubu heyətini gücləndirmək məqsədilə İngiltərənin "Nottinqem Forest" komandasında forma geyinən Murillonu transfer etməyi planlaşdırır.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 23 yaşlı müdafiəçini diqqət mərkəzinə alıb. Klubun baş məşqçisi Hans-Diter Flik braziliyalı futbolçunun komandaya cəlb olunmasını xüsusilə istəyir və bu keçidin reallaşmasında israrlıdır.

Bildirilir ki, Murilloya maraq göstərən təkcə "Barselona" deyil. Futbolçunu həmçinin İspaniyanın "Real" Madrid, Almaniyanın "Bavariya" və İngiltərənin "Çelsi" klubları da yaxından izləyir.

Qeyd edək ki, Murillo cari mövsüm ərzində bütün turnirlərdə 16 matçda meydana çıxıb və 1 qolla yadda qalıb. Onun "Nottinqem Forest" klubu ilə mövcud müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

Hüseyn
Milli.Az

Seçilən
34
milli.az

1Mənbələr