AZ

AZAL-ın təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi

BAKI, 25 dekabr. TELEQRAF

Aktau şəhəri yaxınlığında Bakı–Qroznı reysini yerinə yetirən AZAL-a məxsus təyyarənin qəzaya uğramasının ildönümü münasibətilə Heydər Əliyev Beynəlxalq Aeroportunda bir dəqiqəlik sükut elan olunub.

Teleqraf xəbər verir ki, anım mərasimində AZAL-ın və hava limanının rəhbərliyi, o cümlədən aeroportda xidmət göstərən qurumların işçiləri iştirak ediblər.

Xatırladaq ki, Bakıdan Qroznı şəhərinə J2-8243 reysi üzrə müntəzəm uçan “Azərbaycan Hava Yolları” QSC-yə (“AZAL”) məxsus Embraer 190-100 IGW tipli sərnişin hava gəmisinin Qazaxıstan ərazisində Aktau hava limanı yaxınlığında qəzaya uğramasından bir il ötür.
Qəza nəticəsində iki uçuş heyəti üzvü həlak olub. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb. Qəzada kapitan İgor Kşnyakin, birinci pilot Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva həlak olub. Digər iki bələdçi Zülfüqar Əsədov və Aydan Rəhimli sağ qalıb.

Seçilən
34
2
teleqraf.com

3Mənbələr