Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.
Ağ Ev ABŞ Silahlı Qüvvələrinə yaxın iki ay ərzində Venesuela neftinin “karantinə alınmasını” əmr edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, rəsmi Vaşinqton hələlik Karakasa sanksiyalar vasitəsilə iqtisadi təzyiq göstərmək niyyətindədir, lakin hərbi variantlar da istisna olunmur.
“Təxmin edilir ki, Venesuela yanvarın sonuna qədər ABŞ-yə ciddi güzəştlər etməyə razı olmasa, iqtisadi fəlakətlə üzləşəcək”, - agentliyin müsahibi deyib.
Xatırladaq ki, dekabrın ortalarında ABŞ Prezidenti Donald Tramp Cənubi Amerika tarixində ən böyük donanmanın Venesuelanı tamamilə mühasirəyə aldığını bəyan etmişdi. Bundan sonra ABŞ Silahlı Qüvvələri Venesuela sahillərində “Skipper” və “Centuries” adlı iki neft tankerini ələ keçirib. Bu addıma cavab olaraq Venesuela neft tankerlərini Hərbi Dəniz Donanmasının (HDQ) mühafizəsi altında öz limanlarından çıxarmağa başlayıb ki, bu isə hərbi toqquşma riskini artırır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.