AZ

Fransa müstəmləkəçiliyi cinayət kimi tanındı - ÜZR TƏLƏB OLUNDU

Əlcəzair Milli Xalq Assambleyası (parlamenti) Fransanın Əlcəzair ərazisini bir əsrdən çox davam edən müstəmləkəçiliyini dövlətə qarşı cinayət kimi tanıyan qanun layihəsini təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Ennahar" qəzeti məlumat yayıb.

Əlcəzair parlamentinin üzvləri qanun layihəsinə yekdilliklə səs veriblər. Sənəddə qeyd olunur ki, Fransa Əlcəzairdəki müstəmləkə keçmişinə və Əlcəzair xalqına yaratdığı faciələrə görə hüquqi məsuliyyət daşıyır.

Milli Xalq Assambleyası tərəfindən təsdiqlənən qanun layihəsi Fransa müstəmləkəçiliyini dövlətə qarşı cinayət adlandırır və həmçinin Parisdən rəsmi üzr tələb edir.

Fransız müstəmləkəçilərinin cinayətlərinə, digərləri ilə yanaşı, məhkəməsiz edamlar, işgəncələr və təcavüz, eləcə də Əlcəzairdə nüvə sınaqları və ölkənin təbii sərvətlərinin talan edilməsi daxildir.

Ennaharın qeyd etdiyi kimi, parlament səsverməsi qanun layihəsini "partiya fərqlərini aşan birləşdirici milli tələb" hesab edən bütün siyasi blokların razılığı ilə keçirilib.

Seçilən
12
ucnoqta.az

1Mənbələr