Bakupost saytına istinadən ain.az xəbər verir.
İstanbul Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində terror təşkilatı İŞİD-in Yeni il tədbirlərinə qarşı terror aktı hazırlığında olduğu müəyyən edilib. 124-i ünvanda keçirilən əməliyyatlar zamanı barələrində həbs qərarı çıxarılan 137 şübhəlidən 115-i saxlanılıb.Bakupost.az xəbər verir ki, prokurorluq əməliyyatla bağlı rəsmi açıqlama yayıb. Açıqlamada bildirilir ki, terror təşkilatı İŞİD-in yaxınlaşan Yeni il tədbirləri zamanı ilk növbədə qeyri-müsəlman şəxslərə qarşı olmaqla hücum planları hazırladığına dair məlumatlar əldə edilib. Terror təşkilatının fəaliyyətləri çərçivəsində hücumla əlaqəsi olduqları müəyyən edilən, beynəlxalq səviyyədə terror cinayətləri üzrə saxlanılma qərarı verilib. Bu gün gücə saat 01:00-da (Bakı vaxtilə 02:00) ümumilikdə 124 fərqli ünvanda eyni vaxtda axtarış və müsadirə tədbirləri həyata keçirilib, 137 şübhəli şəxs həbs olunub.Əməliyyatlar nəticəsində xeyli sayda tapança, patron və terror təşkilatına aid çoxsaylı sənədlər müsadirə olunub. Şübhəlilərdən (115)-i saxlanılıb. Ələ keçməyən şəxslərlə bağlı axtarış davam etdirilir.Cavid, BakuPostƏlavə məlumatlar barədə ictimaiyyətə ayrıca məlumat veriləcək. Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.