AZ

İsrail Livanın şərqinə hava zərbəsi endirib (FOTO)

Bakı. Trend:

İsrail ordusu Livanın şərqində hava əməliyyatı keçirib.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF)məlumat yayıb.

Məlumata görə, Livanın şərqində yerləşən Beqa vadisində yerləşənNəsiriyə qəsəbəsində fəaliyyət göstərən terrorçuya hədəflənmişaviazərbə endirilib.

Əməliyyatın İsrailin xüsusi xidmət orqanı olan Şin Betlə birgəhəyata keçirildiyi bildirilir.

IDF hədəfə alınan terrorçunun hansı qruplaşmanın üzvü olduğunuvə digər təfərrüatları açıqlamayıb.

Livan mediası isə İsrailin zərbəsinin Livan Suriya sərhədiyaxınlığında (İsraildən təqribən 140 kilometr aralıda) biravtomobilə tuş gəldiyini yazır.

İsrail
Məqalədə:
Seçilən
40
1
az.trend.az

2Mənbələr