Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Siz əsl Azərbaycan vətənpərvəri, güclü və müdrik dövlət xadimisiniz. Siz ildən-ilə doğma ölkənizi daha böyük tərəqqiyə doğru aparır, respublika vətəndaşlarının həyatının bütün sahələrinin planlı və dinamik inkişafına töhfə verirsiniz. Sizin həyatınız parlaq səhifələr və böyükmiqyaslı nailiyyətlərlə zəngindir. Vətənin mənafeyi naminə uzun illər ərzində göstərdiyiniz fədakar fəaliyyətin əhəmiyyətini yüksək qiymətləndirməmək mümkün deyil.
Qoy həyatınızın növbəti ili yeni qələbələrlə və bütün təşəbbüsləriniz uğurlarla əlamətdar olsun!
Sizə və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik, hər zaman ruh yüksəkliyi, tükənməz enerji və rifah arzulayıram.
Hörmətlə,
Pyotr Qlıboçko
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin
rektoru, Rusiya Elmlər Akademiyasının akademiki, professor