AZ

Biologiyada süni intellektin tətbiqinə dair elmi müzakirə aparılıb

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 25 dekabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində “Biologiyada süni intellekt tətbiqləri” mövzusunda elmi seminar keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə biologiya elminin müasir mərhələsində süni intellekt texnologiyalarının rolu, tətbiq sahələri və perspektivləri ətraflı müzakirə edilib.

Sosial elmlər və psixologiya fakültəsinin Süni intellekt kafedrasının müdiri dosent Rafiq Ələkbərov süni intellekt alqoritmlərinin bioloji məlumatların emalında, böyük həcmli elmi verilənlərin analizində, genomika, proteomika, biotibbi görüntülərin təhlili, ekoloji modelləşdirmə və biomüxtəlifliyin monitorinqi kimi sahələrdə yaratdığı imkanlardan bəhs edib. Bildirib ki, süni intellekt metodları klassik tədqiqat yanaşmalarını tamamlayaraq daha dəqiq, sürətli və etibarlı nəticələrin əldə olunmasına şərait yaradır.

Seminarda, həmçinin maşınöyrənmə modelləri və avtomatlaşdırılmış qərar qəbuletmə sistemlərinin biologiya və biotexnologiya sahələrində tətbiq nümunələri təqdim olunub, beynəlxalq elmi təcrübələrdən konkret misallar göstərilib. Məruzəçi bu texnologiyaların gənc tədqiqatçılar üçün yaratdığı yeni elmi istiqamətlərə və multidissiplinar əməkdaşlıq imkanlarına xüsusi diqqət çəkib.

Tədbir interaktiv müzakirə formatında davam edib. Seminar iştirakçıları mövzu ətrafında suallar ünvanlayıb, süni intellektin elmi tədqiqatlarda istifadəsi, etik məsələlər, eləcə də bu sahədə kadr hazırlığının əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
1
azertag.az

2Mənbələr