AZ

Atasını öldürən şəxs məcburi müalicəyə cəlb edildi

Bakıda atasını öldürməkdə təqsirləndirilən Murad Əmirovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxışı zamanı Murad Əmirovun 18 il azadlıqdan məhrum olunmasını məhkəməyə təklif edib.

Müşavirədən sonra hökm oxunaraq Murad Əmirov 10 il azadlıqdan məhrum edilib. Həmçinin, səhətində psixoloji problemlərinin olmasını nəzərə alan məhkəmə onun məcburi müalicəyə cəlb edilməsi ilə bağlı qərar çıxarıb. 

Qeyd edək ki, hadisə paytaxtın Yasamal rayonu, Rahib Tağıyev küçəsi, ev 20 ünvanında baş verib.

1992-ci il təvəllüdlü Murad Nizami oğlu Əmirov atası Nizami Əmirovla mübahisə edib. Mübahisə nəticəsində M.Əmirov atasını səkkiz bıçaq zərbəsi ilə qətlə yetirib. M.Əmirov Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.

Seymur Əli

Seçilən
41
1
unikal.az

2Mənbələr