AZ

Avropa Azərbaycan Mərkəzinin sədri, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü Zaur Əliyevdən  

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri cənab Prezident.

Sizi doğum gününüz münasibətilə Avropa Azərbaycan Mərkəzinin və Almaniya Azərbaycanlıları Alyansının adından səmimi-qəlbdən təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və Azərbaycanın tərəqqisi naminə həyata keçirdiyiniz ali dövləti fəaliyyətinizdə davamlı uğurlar arzulayırıq.

Azərbaycan Respublikasının inkişafı, xalqımızın rifahının yüksəldilməsi, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində rəhbərliyinizlə həyata keçirilən məqsədyönlü siyasət və görülən işlər dünya azərbaycanlıları tərəfindən böyük rəğbət və qürur hissi ilə qarşılanır. Sizin qətiyyətli liderliyiniz sayəsində əldə olunan nailiyyətlər ölkəmizin gələcək inkişafı üçün möhkəm təməl formalaşdırır.

Bu əlamətdar gündə Zati-alinizə bir daha təbriklərimizi, yeni-yeni müvəffəqiyyətlər, tükənməz enerji arzularımızı çatdırırıq.

Doğum gününüz mübarək olsun!

Dərin hörmətlə,

Zaur Əliyev

Avropa Azərbaycan Mərkəzinin sədri,

Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü

Seçilən
13
azerbaijan-news.az

1Mənbələr