"Artıq 2025-ci il bir neçə gündən sonra tarixə dönəcək. Bu il hər kəsin həyatında müəyyən özəllikləri ilə yadda qalacaq. Əsas məsələ Azərbaycan dövlətinin möhkəmlənməsidir".
Bu sözləri Azərbaycan Əlillər Cəmiyyəti İctimai Birliyinin sədri Xədicə Mikayılova QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, hər bir vətəndaş bunu belə də düşünür:
"İllərlə həyatımızın çox hissəsində yer tutan QHT işi kənardan baxanlara çox asan , adi görünə bilər. Amma bu fəaliyyətin arxasında dövlətçilik, vətənpərvərlik, xalqa xidmət var. Əlillərlə işləyən təşkilat rəhbəri kimi deyə bilərəm ki, ötən illərə nisbətən bu il əllilərin problemlərinin həllində aidiyyəti qurumlar daha həssas yanaşmağa başlayıblar. Bu, dövlət başçısının həssas qruplardan olan şəxslərə qayğısının, diqqətinin təzahürüdür".