AZAL təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Oxu.Az-ın məlumatına görə, sükut Heydər Əliyev adına Beynəlxalq Hava Limanında baş tutub.
Qeyd edək ki, bu gün AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından bir il ötür.

