AZ

Ukrayna Azərbaycanla sərhədə hücum etdi: Ölənlər var

Ukrayna dronları Azərbaycanla sərhəd olan Dağıstanda humanitar karvana hücum edib.

Publika.az xəbər verir ki, bu barədə respublika rəhbəri Sergey Melikov məlumat verib. Onun sözlərinə görə, ölənlər var və bir nəfər yaralanıb.

"Sərhəd bölgələrindən ağır xəbər aldım: Dağıstanda humanitar karvan hücuma məruz qalıb. Təəssüf ki, itkilər var. Yükün getdiyi Şamil rayonunun sədr müavini Maqomednabi Hacıyev və "Özünümüdafiə" ictimai təşkilatının iki nümayəndəsi Əli və Murad həlak olublar.

Karvanın digər üzvü, Şamil xəsarətlərlə tibb müəssisəsinə aparılıb. Həkimlər onun həyatını xilas etmək üçün çalışırlar", - deyə Melikov “Teleqram”da yazıb.

Seçilən
60
publika.az

1Mənbələr