ain.az, Azvision portalına istinadən məlumat yayır.
xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Bəhruz Əzimov TTKF-nın hesabat tədbirində məlumat verib. O bildirib ki, sosial istiqamətdə kredit verilməsindən imtinanın səbəbi tələbənin qanunvericilikdə nəzərdə tutulan sosial statusuna uyğun gəlməməsidir: "Standart kreditdə isə imtina yalnız tələbənin təhsil göstəricilərinə əsaslanır. Məsələn, tələbənin semestrlər imtahanlarında 71 baldan aşağı nəticə göstərməsi, yaxud kəsilməsi kredit müraciətinin imtinasına əsas verir". Bəhruz Əzimov həmçinin diqqətə çatdırıb ki, peşə təhsili sahəsində infrastrukturun yaxşılaşdırılması, maddi-texniki imkanların genişləndirilməsi təhsilin keyfiyyətinə müsbət təsir göstərəcək, eyni zamanda, tələbə kreditinə müraciət edənlərin sayının artmasına gətirib çıxaracaq. AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.