AZ

Bakıya qar yağarsa: Cavabdeh onlar olacaq

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

Ölkədə dekabrın 22-dən qış mövsümü rəsmi olaraq başlayıb və artıq havalar soyuyub. 

Bir sıra bölgələrə artıq qar yağmağa başlayıb, paytaxtda isə yaxın günlərdə qar gözlənilir. Qış mövsümünə hazırlıq işləri aparılıb, küçə və məhəllərin qarla mübarizə planları hazırdır. 

Qış mövsümünə hazırlıq üçün hansı işlər görülüb? Qış mövsümündə yolların buzlanmasına və qar yığılmasına qarşı hansı tədbirlər planlaşdırılıb? 

Mövzu ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən “Cebheinfo.az”-a bildirilib ki, paytaxtın soyuq qışa, xüsusilə güclü qar yağmasına hazırlıq işləri aparılmışdır: 

“Paytaxtda qışa hazırlığın vəziyyəti ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə verilən tapşırıqlara uyğun olaraq noyabrın ikici yarısından etibarın şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilib. 

Müşavirələrin əsas məqsədi rayon xidmətlərinin soyuq qışa, xüsusilə güclü qar yağmasına hazırlığın vəziyyətinin araşdırılması, bu zaman görülməsi zəruri olan işlər müzakirə edilməsi olub. Müşavirələrdə Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri, şəhərin kommunal və digər xidmətlərinin rəhbərləri də iştirak ediblər. 

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib, həmin şəxslər yerli İcra Hakimiyyətlərinin nümayəndələri ilə birgə rayonlarda qış mövsümünə hazirlığı, verilən tapşırıqların və görülən işlərin icra vəziyyətini yoxlayırlar”. 

Qeyd edilib ki, qış aylarında güclü qar yağması etimalı ilə əlaqədar rayon İcra Hakimiyyətlərində qışa hazırlıqla bağlı yaradılan qərargahlar, kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların rəhbərləri həmin günlərdə üzərilərinə düşən vəzifələrin tam şəkildə yerinə yetirilməsi üçün hazır olmalıdırlar: 

“Artıq hər il olduğu kimi, hər bir quruma qarın təmizlənməsi üçün lazımi qədər alət, inventarın (bel, kürək, ling və s.) toplanması, duz ehtiyatı yaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verilib. 

Rayondakı küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu işlərə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb ediləcəkdir. 

Həmçinin rayonlardakı idarə, təşkilat və özəl qurumlar, bələdiyyələr, o cümlədən ictimai iaşə müəssisələrinin rəhbərlərinə, ictimaiyyət nümayəndələrinə qarlı günlərdə özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə cəlb ediləcək”. 

Bakıya ilk qarın gələn ilin yanvar ayının 30-u və Fevral ayının 6-7-8 tarixlərində yağacağı gözlənilir.

Gülər Həsənli 

“Cebheinfo.az”

Açar sözlər:

qar Bakı Şəhər İcra Hakimiyyəti

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
1
cebheinfo.az

2Mənbələr