AZ

Xankəndi stadionunun təmirində qanun pozulub - Nazirlik şirkətə 10 milyon manat ödəmişdi

BAKI, 25 dekabr. TELEQRAF

Gənclər və İdman Nazirliyi ilə Xankəndi şəhər stadionununun təmiri üçün satınalma müqaviləsi bağlayan "Planet Construction" MMC bu işin icrası zamanı əmək qanunvericiliyinin tələblərini pozub.

Teleqraf-ın məlumatına görə, nazirliklə9 milyon 918 674 manatlıq tender müqaviləsi bağlayan şirkət Xankəndi şəhər stadionunun tikintisində işçiləri əmək müqaviləsi olmadan işlədib.

Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən toplanmış materiallar məhkəməyə göndərilib.

Məhkənin qərarı ilə "Planet Construction” şirkəti 20 min manat məbləğində cərimələnib.

Qeyd edək ki, nazirliklə şirkət arasındakı müqavilə tender müsabiqəsi keçirilmədən bir mənbədən satınalma metodu əsasında imzalanmışdı. “Planet Construction” MMC daha öncə də nazirliyin keçirdiyi tenderin qalibi olub. Bu şirkət 5 aprel 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 manat olan MMC-nin qanuni təmsilçisi Şirinov Qafqaz Tehran oğludur.

Seçilən
50
8
teleqraf.com

9Mənbələr