AZ

İsraildə İran casusu SAXLANILDI

İsrailin Rişon Le-Zion şəhərinin sakini İrana casusluq ittihamı ilə saxlanılıb.

 News365.az xəbər verir ki, "Şin Bet" xidməti və İsrail polisinin "Lahav-433" əməliyyatı zamanı 40 yaşlarında olan İsrail vətəndaşı Vadim Kopriyanov İran kəşfiyyatının göstərişi ilə təhlükəsizlik cinayətləri törətməkdə şübhəli bilinərək saxlanılıb.

Araşdırma müəyyən edib ki, son 2 ay ərzində Kopriyanov İran üçün müxtəlif tapşırıqlar yerinə yetirib, o cümlədən kuratorlarının xahişi ilə öz şəhərində və digər şəhərlərdə çəkilmiş müxtəlif görüntüləri, o cümlədən keçmiş baş nazir Naftali Bennettin evinin görüntülərini ötürüb və bunun müqabilində müxtəlif məbləğdə pul alıb.

Seçilən
4
2
news365.az

3Mənbələr