AZ

Əhməd Abbasbəyli: "Azərbaycan QHT-ləri qlobal səviyyədə etibar qazanıb"

"Azərbaycan QHT-ləri Türk Dövlətləri QHT Platformasının yaradılmasında lider oldu".

Bu sözləri “Cəmiyyətin İnkişafı Mərkəzi” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatları ilk dəfə bir yerə toplaşdı. Bakıda - “Gülüstan” sarayında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu keçirildi:

"Forumda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından 500 nəfərdən çox vətəndaş cəmiyyəti təmsilçisi iştirak etdi. Daha sonra 2025-ci il noyabrın 25-də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumu çərçivəsində Naxçıvan şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının təsis konfransı keçirildi. Beləliklə, ilk dəfə olaraq Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından olan vətəndaş cəmiyyəti təmsilçiləri Birgə Bəyannamə qəbul edərək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasını təsis edildi. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının daimi qərargahı Bakı şəhərində yerləşəcək".

Əhməd Abbasbəyli bildirib ki, bu kimi faktlar, son vaxtlar Azərbaycan vətəndaş cəmiyyəti institutlarının beynəlxaql səviyyədə böyük inkişaf yolu keçərək, təşəbbüslərinin qlobal məkanda geniş dəstək qazanmasının növbəti təzahürü və Azərbaycan QHT-lərinə etimadın göstəricisi idi.

Seçilən
58
qht.az

1Mənbələr