AZ

Bank kartını dostuna etibar etdi, pullarını itirdi

ain.az, Lent az portalına istinadən məlumat verir.

Bakının Səbail rayonu ərazisində bir nəfərin bank kartından 440 manat pul oğurlanıb.

Lent.az xəbər verir ki, polisə müraciət edən zərərçəkən kartını məlumatları ilə birgə dostuna etibar etdiyini, sonradan isə həmin şəxsin pulu öz hesabına köçürdüyünü bildirib.

Səbail RPİ 8-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 22 yaşlı O.Mustafayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
lent.az

1Mənbələr