AZ

Çindən Azərbaycana turist axını təqribən 50 faiz artıb - Lu Mey

Bakı. Trend:

Cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana səfər etmişçinli turistlərin sayı 57 mindən çox olub ki, bu da ötən ilin eynidövrü ilə müqayisədə təxminən 50 faiz çoxdur.

Trend xəbər verirki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə vəsəlahiyyətli səfiri Lu Mey Çin və Azərbaycan arasında ikitərəflimünasibətlərin yekunlarına həsr olunmuş brifinqdə bildirib.

“Viza rejiminin ləğvi sayəsində ölkələrimiz arasında qarşılıqlıturizm səfərlərinin sayı davamlı şəkildə artır”, – səfir qeydedib.

Onun sözlərinə görə, Azərbaycan əhalisi, xüsusilə gənclərarasında Çin dili və mədəniyyətinə maraq da artır.

“Tədris proqramlarına Çin dili kurslarını daxil edən Azərbaycanuniversitetlərinin sayı getdikcə artır”, – deyə Lu Mey əlavəedib.

Məqalədə:
Seçilən
68
az.trend.az

1Mənbələr