AZ

Əhalinin banklardakı əmanətləri 16 milyard manata çatdı - ƏMANTƏÇİLƏRİN SAYI İSƏ ARTMAQDA DVM EDİR

Bankların öhdәliklәrinin strukturunda depozit portfeli üstünlük tәşkil edir – cәmi öhdәliklәrin 72.2%-i vә ya 37,202 mln. manat.

FED.az bu bbarədə Mərkəzi Banka istinadən xəbər verir.

Depozit portfelinin 57.4%-i (21,354.3 mln. manat) hüquqi şәxslәrin, 42.6%-i (15,847.7 mln. manat) fiziki şәxslәrin depozitlәrindәn (fәrdi sahibkarlıqla mәşğul olan fiziki şәxslәrin depozitlәri istisna olmaqla) ibarәtdir.  Fiziki şәxslәrin әmanәtlәrinin 67.5%-i (10,701.4 mln. manat) milli valyutada, 32.5%-i (5,146.3 mln. manat) xarici valyutadadır. Fiziki şәxslәrin әmanәt portfelinin 62.9%-i (9,963.9 mln. manat) müddәtli әmanәtlәrdәn ibarәtdir. Fiziki şәxslәrin müddәtli әmanәtlәri noyabr ayında 0.8% vә ya 80.3 mln. manat, tәlәbli әmanәtlәri isә 3.9% vә ya 218.4 mln. manat artmışdır.  2025-ci ilin noyabr ayında bank sektoru üzrә unikal müddәtli әmanәtçi sayı 2.7% (4,959 әmanәtçi), ilin әvvәlindәn isә 26.8% (40,409 әmanәtçi) artaraq 190.9 min nәfәri üstәlәmişdir.  Hüquqi şәxslәrin tәlәbli depozitlәri 16,043.9 mln. manat olmaqla, hüquqi şәxslәrin cәmi depozit portfelinin 75.1%-ni tәşkil etmişdir. Cari ilin noyabr ayında hüquqi şәxslәrin cәmi depozit portfeli 4.1% vә ya 840.4 mln. manat artaraq 21,354.3 mln. manat tәşkil etmişdir.

 

Seçilən
73
2
fed.az

1Mənbələr