AZ

Lukaşenko Trampın emissarı ilə piylənmə əleyhinə dərmanı müzakirə edib

ain.az, Ayna saytına istinadən bildirir.

Con Kol Belarus Prezidentinə piylənmə əleyhinə “Zepbound” dərmanından istifadə təcrübəsi barədə danışıb

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampın Belarusdakı xüsusi elçisi Con Kol ilə danışıqlar zamanı arıqlama dərmanları barədə soruşub. AYNA.AZ xəbər verir ki, bu barədə “Wall Street Journal” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Kol Lukaşenkoya piylənmə əleyhinə “Zepbound” dərmanından istifadə təcrübəsi barədə danışıb və Belarus Prezidentinə istehsalçının broşürünü verib.

Qəzet yazıb: "Bəlkə də Amerika rəsmiləri düşünürdülər ki, artıq çəkidən qurtulmaq istəyən 71 yaşlı dövlət başçısına piylənmə ilə mübarizədə kömək etmək üçün bir yol ola bilər. Onlar Lukaşenkonun şəxsi istifadəsi üçün “Zepbound” tədarükünü təşkil etmək üçün bir yol axtarmağa qərar veriblər".

Nəşr qeyd edir ki, Lukaşenko aprel ayında arıqlama dərmanlarına maraq göstərib və yaxın köməkçisi ona "çəkisi ilə bağlı bir şey etməyi" məsləhət görüb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
61
ayna.az

1Mənbələr