AZ

Ağdam şəhərinə növbəti köç karvanı yola salındı

Ağdam şəhərinə daha 83 ailə - 308 nəfər köçürülüb.

"Yeni Sabah" xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. 

Bu gün həm də işğaldan azad olunan Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşublar.

Qırmızı bazar qəsəbəsi bu gün 37 ailə olmaqla, 169 nəfərə qucaq açıb.


Telegram kanalımız
Seçilən
68
yenisabah.az

1Mənbələr