AZ

Bu yolda hərəkət məhdudlaşdırılacaq

Bu gün saat 23:00-dan dekabrın 26-ı saat 08:00-dək Bakı şəhəri, Səbail rayonu, "Bibiheybət yolu"nda (20-ci sahə istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti qısa müddətli məhdudlaşdırılacaq.

Bu barədə News365.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, sürücülər alternativ olaraq Gülbala Əliyev və Fərman Qurbanov küçələrindən istifadə edə bilərlər.

Agentlik yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.

Seçilən
19
21
news365.az

10Mənbələr