AZ

Lotu Qulinin yerinə keçmək istəyən qanuni oğru həbsdən buraxılmadı

ain.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Rusiyanın Yekaterinburq şəhərinin Verx-İsetski Rayon Məhkəməsi kriminal aləmdə Giya Sverdlovski kimi tanınan Georgi Akoyevin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətini 2026-cı il fevralın 28-dək uzadıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, Georgi Akoyev oktyabrın sonunda xüsusi təyinatlıların iştirakı ilə “Kvartal Federatsiya” adlı elit yaşayış kompleksində saxlanılıb. Ona Cinayət Məcəlləsinin 210.1-ci maddəsi (cinayət iyerarxiyasında ali mövqe tutma) üzrə ittiham irəli sürülüb. Bu maddə ilə Akoyev 15 ilədək azadlıqdan məhrumetmə ilə üzləşir.

İstintaqın versiyasına görə, təqsirləndirilən şəxs “qanuni oğru” statusuna malikdir və ehtimal olunur ki, bu, Sverdlovsk vilayətində son belə haldır. Akoyev öz günahını etiraf etmir.

Akoyev həbsxanada Timur Mirzoyevin (Timur Sverdlovski) himayəsi ilə “taclandırılıb”. Timur Mirzoyev isə mərhum kriminal avtoritet “Ded Xasan”ın qardaşı oğludur.

Onu da qeyd edək ki, Giya Sverdlovski 2020-ci ildə mərhum azərbaycanlı “qanuni oğru” Lotu Qulinin ölümündən sonra Sverdlovsk vilayətində təsir gücünü artırmaq üçün Avtandil Kobeşavidze və Əhməd Dombayevlə rəqabət aparıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
lent.az

1Mənbələr