AZ

Ermənistanda kilsəyə məxsus televiziya şirkəti ləğv edilib

Ermənistan hökuməti 2011-ci il yanvar ayından kilsəyə məxsus "Şoqakat" kanalının yayımını həyata keçirən "Mənəvi-mədəni ictimai televiziya şirkəti" QSC-ni ləğv edir.

"Far.Az" Ermənistan mediasına istinadən xəbər verir ki, bununla bağlı qərar hökumətin bu gün keçirilən iclasında qəbul edilib.

Qərara əsasən, Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin Dövlət Əmlakının İdarə edilməsi Komitəsinin sədri qərar qüvvəyə mindikdən sonra 15 gün ərzində ləğvetmə komissiyası yaratmalı və şirkətin fəaliyyətinin dayandırılması ilə bağlı bütün prosedurların həyata keçirilməsini təmin etməlidir.

Qərar "Audiovizual media haqqında" qanuna daha əvvəl təsdiqlənmiş dəyişikliklər kontekstində qəbul edilib. Bu dəyişikliklər ictimai yayımçıların sayının azaldılmasını nəzərdə tutur.

Seçilən
95
far.az

1Mənbələr