AZ

DETX bu rayonlarda tullantıların qalaqlanaraq yandırılması faktları ilə bağlı tədbir gördü

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Cəlilabad və Astara rayonlarının, Masallı şəhərinin inzibati ərazisində tullantıların qalaqlanaraq yandırılması faktları aşkar edilib.


Ekologiya.az bildirir ki, faktlarla bağlı müvafiq olaraq Cəlilabad rayonu Qarazəncir kəndində yerləşən "Dalğa-94" MMC-yə məxsus mebel fabrikinin təsərrüfat müdiri Rasif Abıyev, Astara rayonu Çayoba  kəndi ərazisində yerləşən "Ceyran" şadlıq sarayının rəhbəri Bağır Ramazanov barəsində vəzifəli şəxs qismində, Masallı şəhər sakini Elçin Nurullayev, Astara rayonu Deqədi kənd sakini Sərdar Həsənov barəsində isə fiziki şəxs qismində “İnzibati xəta haqqında Protokol” tərtib olunub və  inzibati məsuliyyətə cəlb ediliblər.
Seçilən
16
ekologiya.az

1Mənbələr