AZ

“Telegram”ın qurucusu Makronu Avropada “rəqəmsal qulaq” yaratmaqda ittiham edib

Paris, 25 dekabr, AZƏRTAC

“Telegram”ın qurucusu Pavel Durov Fransa Prezidenti Emmanuel Makronu Avropa İttifaqını “rəqəmsal qulağ”a çevirməyə cəhd göstərməkdə ittiham edib. Durov bu ifadə ilə Sovet İttifaqında mövcud olmuş məcburi əmək düşərgələri sisteminə istinad edib.

AZƏRTAC xəbər verir ki, onun bu açıqlamaları Makronun ABŞ-ın keçmiş Avropa komissarı Tyerri Breton və dezinformasiya ilə mübarizədə iştirak edən digər şəxslərə qarşı viza qadağaları tətbiq etməsini tənqid etməsindən sonra olub.

“Avropada senzura qanununun müəllifi olan Tyerri Breton Makronun yaxın müttəfiqi və onun təyin etdiyi şəxsdir. Son dərəcə aşağı reytinqlərə düşən Makron onlayn tənqidləri susdurmaq üçün bütün Aİ-ni senzura (DSA) və kütləvi nəzarət (Chat Control) vasitəsilə “rəqəmsal qulağ”a çevirməyə çalışır”, - deyə Pavel Durov vurğulayıb.

“Telegram”ın qurucusu, həmçinin Fransa Prezidentinin daha əvvəl avropalıların sosial şəbəkələrdən xəbər mənbəyi kimi istifadə etməsini yanlış adlandırdığını və onların yalnız ənənəvi jurnalistlərə və mediaya etibar etməli olduqlarını bildirdiyini də xatırladıb.

Qeyd edək ki, Pavel Durov bu ilin mart ayında Fransada barəsində aparılan məhkəmə istintaqı fonunda, səlahiyyətli qurumların icazəsilə ölkəni tərk edərək Dubaya köçdüyünü açıqlamışdı.

Seçilən
35
1
azertag.az

2Mənbələr