AZ

Rusiya ordusu Ukraynada daha bir kəndi işğal edib

Rusiya qoşunları Ukraynanın Donetsk vilayətinin Svyato-Pokrovskoye kəndini nəzarətə götürüb.

Missiya.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, kənd “Cənub” qüvvələr qrupunun bölmələri tərəfindən ələ keçirilib.

Qeyd olunub ki, bundan əlavə, Rusiya ordusu Donetsk vilayətinin Konstantinovka, Kramatorsk, Nikiforovka və Reznikovka kəndləri yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin üç briqadasının və bir dəniz piyada briqadasının bölmələrini məğlub ediblər.

Daşqın HəsənovMissiya.Az

Seçilən
15
missiya.az

1Mənbələr