AZ

Qaradağdakı avtobus qəzasında xəsarət alanların SON DURUMU

Xəbər verdiyimiz kimi, bu gün Qaradağ rayonunda sərnişindaşıma fəaliyyəti göstərən 122 saylı marşrut avtobusu qəzaya düşüb. Hadisə nəticəsində ölən və yaralananlar olub.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Kliniki Tibbi Mərkəzindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, pasiyentlərə ilkin tibbi yardım göstərildikdən sonra KT müayinəsi icra edilib:

“25.12.2025-ci il tarixində saat 09:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonundan yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.

Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub.

Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 11 nəfərə (4-ü qadın, 7-si kişi) bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Pasiyentlərə ilkin tibbi yardım göstərildikdən sonra KT müayinəsi icra edilib.

Hazırda pasiyentlərdən 3 nəfərin vəziyyəti ağır, 5 nəfərin vəziyyəti stabil olaraq qiymətləndirilir.

3 nəfər isə ambulator müalicə üçün evə buraxılıb”.

Naibə Məmmədova, Bizim.Media

Seçilən
45
1
bizim.media

1Mənbələr