AZ

İranın sabiq  prezidentdən xəbərdarlıq: “Bu halda İran məhv olacaq” 

İranın sabiq prezidenti Məhəmməd Xatəmi İslam Respublikasının gələcəyi ilə bağlı açıqlama verib.Vətəninfo.az xəbər verir ki, o, bildirib ki, respublika prinsipləri ilə İslam dəyərlərini xalqın iradəsi, insan hüquqları və hakimiyyətin cəmiyyət qarşısında məsuliyyəti ilə uzlaşdıran bir idarəetmə modeli mövcud olarsa, ölkədəki bir çox problemlər həllini tapa bilər.

Xatəminin sözlərinə görə, bütün çatışmazlıqlarına baxmayaraq, mövcud siyasi sistemin tamamilə tərk edilməsi İran üçün daha ağır nəticələr doğura bilər.

Keçmiş dövlət başçısının dediklərinə əsasən, emosional yanaşmalar kənara qoyularsa, İran cəmiyyətinin əksəriyyəti mövcud vəziyyətin dəyişməsi üçün islahat yolunu seçəcək.

Seçilən
22
1
veteninfo.az

2Mənbələr