Ümid edirəm ki, yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarət olacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan brifinqdə bildirib.
“Hazırda Azərbaycandan Ermənistana idxal var, ümid edirəm ki, Ermənistandan Azərbaycana ixrac olacaq”, - o qeyd edib.