AZ

Antuan Semenyo “Mançester Siti”yə keçmək istəyir

“Bournemouth” klubunun və Qana millisinin vingeri Antuan Semenyo karyerasını “Mançester Siti”də davam etdirmək niyyətindədir. Vətəninfo.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Ben Ceykobs məlumat yayıb.

Məlumata görə, 25 yaşlı futbolçunun müqaviləsində 65 milyon funt sterlinq məbləğində sərbəstqalma bəndi mövcuddur. Lakin “şəhərlilər” bu məbləğin tam şəkildə deyil, hissə-hissə ödənilməsi üçün “Bournemouth” rəhbərliyi ilə danışıqlar aparmağa çalışır.

Qeyd olunur ki, “Liverpul” klubu noyabr ayında Semenyonun transferindən imtina edib. “Mançester Yunayted” isə qanalı futbolçu uğrunda mübarizə aparmaq üçün mövcud maaş strukturunu dəyişdirmək niyyətində deyil.

Hazırda Antuan Semenyonun əsas prioritetinin “Mançester Siti”yə keçid olduğu bildirilir.

Seçilən
25
veteninfo.az

1Mənbələr