Bakı. Trend:
Çin şirkətləri tərəfindən həyata keçirilən 240 meqavat gücündəAzərbaycanın ilk irimiqyaslı külək enerjisi layihəsinin bu ilistismara veriləcəyi planlaşdırılır.
Trend xəbər verirki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə vəsəlahiyyətli səfiri Lu Mey Çin və Azərbaycan arasında ikitərəflimünasibətlərin yekunlarına həsr olunmuş brifinqdə bildirib.
Diplomatın sözlərinə görə, Çin şirkətləri Azərbaycan ilə beşyeni enerji layihəsinin həyata keçirilməsi üzrə əməkdaşlıqsənədlərini imzalayıblar. Bu layihələrdə fotoelektrik və küləkenerjisi stansiyalarının ümumi quraşdırılmış gücü 1 570 meqavattəşkil edəcək.
“Layihələr tam gücü ilə istismara verildikdən sonra Azərbaycanınbərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsal gücüikiqat artacaq”, - Lu Mey qeyd edib.
O həmçinin bildirib ki, Çin şirkətləri Ələt azad iqtisadizonasında öz investisiyaları hesabına 3 qiqavat gücündə günəşbatareyaları istehsal edən zavod tikməyi planlaşdırırlar.
“Bu layihənin həyata keçirilməsi Azərbaycanın yüksəktexnologiyalı emal sənayesinin inkişafı üçün böyük imkanlaraçacaq”, - deyə səfir vurğulayıb.