AZ

"Rəqibdən zəif oynadığımızı düşünmürəm" - Rüstəm Məmmədov meydan amilini qabartdı

1-ci Liqanın 12-ci turu çərçivəsində dünən "Baku Sportinq"in qonağı olan "Zaqatala" 1:2 hesabı ilə məğlub oldu. Bölgə təmsilçisinin baş məşqçisi Rüstəm Məmmədovla əlaqə saxlayıb yenilgini şərh etməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Bir neçə futbolçumuz xəsətlik səbəbindən son məşqlərdə qatılmamışdı. Qapıçımız Amin Ramazanov da yüksək hərarət üzündən oyundan stadionu tərk edərək əvvəl xəstəxanaya getməli oldu. Meydan bərbad vəziyyətdə idi. Oyundan öncə də demişdim ki, Buzovnadakı stadionda ancaq döyüşmək olar. Biz süni meydanda məşq edirik. Birinci hissədə futbolçularımız daha çox çətinlik çəkdilər. Bacardığımız qədər mübarizə apardıq. Rəqibdən zəif oynadığımızı düşünmürəm. Hər iki komanda uzun ötürmələrlə oynadı. Qeyd etdiyim kimi, orada başqa variant da yox idi. Rəqibin ucaboy hücumçusu İlham Allahverdiyev (hər iki qolun müəllifi -red.) uzun ötürmələr zamanı komandasına çox fayda verdi. Bizdə isə İlham kimi ucaboy forvard yoxdur. Qolumuzu da hücuma qoşulan mərkəz müdafiəçisi vurdu. Hesabı bərabərləşdirə də bilərdik. Sona yaxın fərqi azaltdıqsa, ardından daha bir qol vəziyyətini boşa verdik".

Nihat

Seçilən
5
1
fanat.az

2Mənbələr