
2025-ci təqvim ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 161 422 müraciət daxil olub.
İdarədən AFN.az-a verilən məlumata görə, müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ həll olunub, digərləri isə araşdırmaya yönləndirilib.
Statistikaya əsasən, BŞTİ-nin 146-1 nömrəli Çağrı Mərkəzinə 94 323 zəng daxil olub.
BŞTİ-nin rəhbərliyi və struktur bölmə rəhbərləri tərəfindən 3 578 vətəndaşın müraciəti dinlənilib, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görülüb.
Həmçinin Vətəndaşların Qəbulu Mərkəzinə 30 050 müraciət daxil olub.
Ümumilikdə 33 471 sənəd daxil olub. Bunlara vətəndaşlar tərəfindən 9 126 ərizə, 5 483 elektron müraciət, Elm və Təhsil Nazirliyindən 4 878 sənəd, digər qurumlardan 2 847, tabelikdə olan təhsil müəssisələrindən 6 365 məktub və 4 772 kadr ərizəsi daxildir.