AZ

Manatın nominal və real effektiv məzənnəsi aylıq ifadədə artıb

Bakı. Trend:

Bu ilin dekabrın 1-nə Azərbaycan manatının xarici valyutalaranisbətən ümumi nominal effektiv məzənnəsi 103,4 faiz bəndi təşkiledib.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata əsasən, bu, aylıq ifadədə 0,5 faiz bəndi çox, ötən ilineyni dövrü ilə müqayisədə isə 4,1 faiz bəndi azdır.

Eyni zamanda, cari ilin dekabrın 1-nə manatın qeyri-neft sektoruüzrə nominal efektiv məzənnəsi isə 175,5 faiz bəndi təşkil edib ki,bu da aylıq müqayisədə 0,2 faiz bəndi çox, ötən ilin eyni dövrü iləmüqayisədə isə 4,9 faiz bəndi azdır.

Bundan başqa, 2025-ci ilin dekabrın 1-nə manatın ümumi realeffektiv məzənnəsi 116,3 faiz bəndi təşkil edib. Bu, aylıqmüqayisədə 0,9 faiz bəndi çox, illik müqayisədə isə 6,3 faiz bəndiazdır.

Həmçinin hesabat dövründə manatın qeyri-neft sektoru üzrə realeffektiv məzənnəsi 112,6 faiz bəndinə bərabər olub ki, bu da aylıqifadədə 0,2 faiz bəndi çox, illik ifadədə isə 6,4 faiz bəndiazdır.

Məqalədə:
Seçilən
62
4
az.trend.az

5Mənbələr