Bakının Səbail rayonunda yol qəzası baş verib.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, hadisə metronun "İçərişəhər" stansiyasının yaxınlığında qeydə alınıb.
Qəza zamanı Mercedes ML markalı avtomobillə Hyundai Grandeur markalı maşın bir-birinə, daha sonra dəmir arakəsmələrə çırpılıb.
Hadisə şahidinin sözlərinə görə, qəza zamanı xəsarət alan olmayıb.
Həmin yerdən fotoları təqdim edirik: