AZ

Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Məhəmməd Fəqiridən  

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə Cəmiyyətimizin üzvləri adından və şəxsən öz adımdan təbriklərimizi çatdırmaqdan, möhkəm cansağlığı, ali missiyanızda davamlı uğurlar arzulamaqdan böyük məmnunluq duyuram.

Qoy həyatınızın bu yeni ili həm Sizin üçün, həm də bütün azərbaycanlılar üçün yeni uğurlar və tərəqqi gətirsin!

Xalqınızın əmin-amanlığı, sabitliyi və firavanlığı naminə fəaliyyətinizi bundan sonra da qətiyyətlə davam etdirməyinizi arzulayıram.

Cənab Prezident, ən yüksək ehtiramımı və dərin hörmətimi qəbul etməyinizi xahiş edirəm.

 Məhəmməd Fəqiri

Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin sədri

Seçilən
21
1
azerbaijan-news.az

2Mənbələr